“Monoloq” romanı
Kitab Haqqında:
Monoloq nədir?! Tək nəfərin söhbəti. Bəs bu söhbət insanlara aid deyilsə necə? Cəmiyyətlər söyləyirsə monoloqu öz fərdlərinə?! Qaydalar, məhdudiyyətlər və sərhədlər qoymaqla. Bəs bütün şəxslər susdurulursa, bəs sən monoloq söyləyə bilmirsənsə necə?!
![]() |
| MONOLOQ romanı – Xəyyam Namazov |
Dostlar, Azərbaycanı məhv edirik !!!
“Qəribə” hesab etdiyimiz şəxslər haqqında ən çox eşitdiyimiz və istifadə etdiyimiz kəlimələrdi bunlar: “vətən xaini”, “düşmənin dəyirmanına su tökənlər”, “xarici qüvvələrə satılanlar”, “qərb tərəfindən maaliyyələşdirilənlər” və sairə və ilaxır. Bu sözlərin “siyasilər” tərəfindən istifadə edilməsi məsələsini bir qırağa qoyuram. Əsas məsələ siyasətdən uzaq sadə insanların, xalqın bu kəlmələrdən nə məqsədlə istifadə etdiyidir…
“Biz” və “Digərləri”
Buradakı “biz” elə bizim özümüzük. Problem budur ki, “digərləri” adlandırdığımız şəxslər də elə bizik. Bir sözlə, cəmiyyətdə çox dərin mental kökləri olan “biz və digərləri” ayırımı formalaşıb. Təbii ki, insanların fərqli düşünməsi və müxtəlif qruplara bölünməsi, digər qruplarla razılaşmaması və bunun kimi bir çox şeylər təbii haldır. İnsan olmağın və cəmiyyət halında yaşamağın təbii bir nəticəsidir. Burada diqqət edilməsi lazım olan məsələ, bu bölünmənin mahiyyətindədir.
Niyə Hobbes kimi düşünürük?
Thomas Hobbes (1588-1679) və Leviathan
T.Hobbes diktatura, monarxiya və totalitar dövlət şəkillərinin qoruyucusu və ən ehtiraslı dəstəkləyicisi kimi tarixə düşdü. Ən məşhur əsəri olan Leviathan siyasi düşüncələr və dövlət haqqındakı fikirlərini ifadə edir. Bəs niyə kitaba bu adı verib? Leviathan Tövratda adı keçən qorxunc bir əjdahadır. “İki çənəsi arasından heç kimin girə bilməyəcəyi, ağzından alovlu məşəllər çıxaran, ürəyi daş kimi sərt, ona qarşı qılınc və mizraqın heç bir fayda verməyəcəyi çox qüdrətli” bir əjdaha. Bundan başqa T. Hobbes dövləti yer üzünün tanrısı kimi qəbul edir, onu Fani Tanrı (Mortal God) deyə adlandırır. Dövləti bu şəkildə təsvir etməklə Hobbes sadəcə onu böyütmür, bununla yanaşı həm də insanı dövlət qarşısında alçaldır, kiçildir və onu aşağı bir səviyyədə görür.
Sıra sənə də gələcək (hekayə)
(Hekayəni bu linkdən pdf formatında ENDİRƏ bilərsiniz)
Bu qış çox sərt keçmişdi. Bəlkə də, Küləklər Şəhərinin gördüyü ən sərt qışlardan biri. Nəqliyyatın işləməməsi, yolların qar altında qalması, bir çox yerlərdə işlərin dayandırılması azmış kimi, hətda şəhərin müxtəlif yerlərində qaz, işıq və sular da kəsilmişdi. Bir sözlə, şəhər iflic vəziyyətində idi. Hər kəs narazıydı bu haldan. Hətda hər il qışı və onun əyləncə dolu oyunlarını səbirsizliklə gözləyən uşaqlar belə…
Elif Şafak’dan bir “AŞK”
Bu “AŞK” o aşklardan deyil. Tam başqa hisslərdən danışıb yazar burda. Aşk deyəndə hiss etdiyi, gördüyü, bəlkə də görmək istədiyi o mənanı qazandırmaq istəyib bu üç hərfdən ibarət, izah edilə bilməyən kəlməyə:
“AŞKın heç bir surətə və tamlamaya ehtiyacı yoxdur.
Özü-özünə bir dünyadır aşk.
Ya tam ortasındasan, mərkəzində,
Ya da çölündəsən, həsrətində…”
Aqressiya dolu “Sarı Gəlin”
Romanı oxuyub bitirdikdən sonra yazıçı kitabı niyə “Sarı Gəlin” adlandırıb deyə düşündüm. Bununla nə demək istəyib görəsən?! Romanın ümumi məzmununa bu ad nə qədər uyğundur?! …
Üz Qabığı
Kitabın üz qabığında, saflığın tərənnümü olan, ağ rənglə yazılmış Sarı Gəlin sözünü oxuduqda fərqli mesajlar ala bilər oxucu. Bəlkə bir çoxunu sevindirə də bilər bu ad. “Bəli” deyər, “nəhayət ki, həqiqətləri göstərən, Azərbaycan gerçəkliklərini araşdıran və hətda bu haqda roman yazan birisi tapıldı” deyə içdən-içə sevinə də bilər həmin kəs. Nə qədər olmasa Sarı Gəlin onun üçün bir dəyərdir, Azərbaycan həqiqətidir. Onu daima qorumalı, sevməli və onun uğrunda ölməli və öldürməlidir. Fərqli düşünənlərin isə cazası məlum.
